Mebel növləri arasında seçiminə xüsusilə həssaslıqla yanaşmalı olduğumuz mebel çarpayılarımızdır. Sutkanın 1/3-ni keçirdiyimiz yataq mebeli bizə ilk növbədə komfort bəxş etməlidir. Amma onu da nəzərə alaq ki, dizayndakı fərqlilik, rəng ahəngdarlığı, formanın özünəməxsusluğu da ümumilikdə qəlbə rahatlıq gətirir. Yəni bizim yataq modellərimizdə komfort və dəb bir-birini tamamlayan cəhətlərdir. İstər tək, istər iki nəfərlik çarpayılarımız evlərə və otel nömrələrinə xüsusi şarm qatır. Ömrünüzün hər günündə sizi tərk etməyəcək bu rahatlıq duyğusunu “DivanChi İnteriors”lə hiss edə bilərsiniz.