Bizim

Haqqımızda

“DivanChi İnteriors” adı ilk səslənişdən italyan kəlməsi kimi səslənsə də, əslində söhbət 2021-ci ildə yaranmış Azərbaycan markasından gedir. Adının hərfi mənası 2 söz birləşməsindən əmələ gəlmişdir, beləki “Divan” və ingilis kəlməsi olan “Chillout” yəni dincəlmək mənasını ifadə edir və bu adın italyan dilini xatırlatması da təsadüfi deyil. Yumşaq mebellərin istehsalını və satışını həyata keçirən şirkətimiz əsasən məşhur italyan markalarını nümunə kimi seçib. “DivanChi İnteriors”in yaranma səbəbi şirkətin təsisçisinin bir dizayner kimi Azərbaycanda bu sahədə müşahidə etdiyi boşluq olub. Həmin boşluq mənzillərin, müxtəlif iaşə obyektlərinin dizaynı zamanı yumşaq mebellərin seçilmə prosesində izlənir. Belə ki, əksər hallarda dizayn layihələrində göstərilən mebelləri yerli bazarda tapmaq mümkün olmur. Xaricdən gətirilən həmin mebellər isə qiymət baxımdan qat-qat yüksək olur. “DivanChi İnteriors” məhz bu maneələri aradan qaldıraraq hər kəsin alıb zövqlə istifadə edə biləcəyi mebellər istehsal edir. Minimalizm, modern, amerikan ve retro üslublarında mebellər istehsal edən şirkətimiz gələcəkdə növbəti kataloqlarda qeyri-adi nou-hau üslubda məhsullar sərgiləməyi planlaşdırır. Şirkət həmçinin növbəti işlərində milli ruhun əks olunmasını da qarşısına məqsəd kimi qoyub. Mebellərin parçalarında, bəzi detallarda milli ornamentləri, bölgələrimizə məxsus naxışları, tarixi gerb və bayraqların elementlərini yeni modellərdə əks etməyi nəzərdə tutub. Ümumilikdə şirkətimizin məqsədi yerli istehsalatla bağlı mənfi stereotipləri qırmaq və dünyaya bu brendi Azərbaycan markası kimi tanıtmaqdır.

Farrukh ALIYEV

Təsisçi

Şirkətin təsisçisi olaraq 10 illik dizayner təcrübəsinə əsaslanır. O, ötən illər ərzində məşhur italyan brendlərinin ölkəmizdəki təmsilçi şirkətlərində çalışıb. Çalışdığı müddətdə bir sıra beynəlxalq mebel sərgilərində iştirak edib. İtaliyanın Milan, Almaniyanın Essen, Fransanın Paris şəhərlərində keçirilən sərgilərdə iştirakı ona böyük təcrübə qazandırmaqla yanaşı, həmçinin beynəlxalq əlaqələrinin formalaşmasına da müsbət təsir göstərib. Məqsədi “DivanChi İnteriors” adını beynəlxaq müsabiqə və sərgilərdə tanıtmaqdır ki, bu istiqamətdə planlı işlər görür.

FARID AKHMEDOV

CEO & Satış üzrə meneceri

Şirkətin direktoru və satış üzrə meneceri vəzifəsində çalışır. 9 il çox uğurlu və məhşur bir brendin satış platformasında böyük nailiyyətlər əldə edib. Bir sıra ölkələrlə ticarət əlaqələrinin təcrübəsinə əsaslanaraq, hədəfi “DivanChi İnteriors” adını bir marka olaraq təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə tanıtmaq, məhsullarının satışını həyata keçirməkdir.

KHAYAL ASGEROV

İstehsalın planlaşdırılması üzrə menecer

Şirkətdə İstehsalın planlaşdırılması üzrə menecer vəzifəsində çalışır. Uzun illər müxtəlif tikinti və istehsalat sektorlarında çalışıb. İnşaatçı təcrübəsi ona şirkətdə tutduğu mövqedə də yardımçıdır. O həmçinin “DivanChi İnteriors”də istehsal olunan hər bir məhsulun keyfiyyətinə və sistematik qurulan mexanizmə nəzarət edir.